Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 12-ə endi - FOTO

19:41 05.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 31-nə olan statistik göstəriciləri açıqlayıb.

Hafta.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 179 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər  956 492  test aparılıb. İndiyədək   545  nəfər COVID-19-dan dünyasını dəyişib, 37 192  nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 082 nəfərdir. Hazırda 131  nəfər reanimasiyada müalicə alır. 12  nəfər isə süni tənəffüs cihazına qoşulub.


Qeyd edək ki, bu gün Azərbaycanda 161  yoluxma, 146 sağalma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib.

 
Sosial rubrikasından digər xəbərlər